Ölkə
ANS PRESS
Rusun yeni dəhşətli silahı
Rusiya ordusunun arsenalına ultramüasir S-300B4 zenit raket sistemləri daxil edilib.
ANS PRESS TASS-a istinadən verdiyi məlumata görə, raketin uçuş məsafəsi 400 kilometrə çatır. Raket sistemi Rusiya ordusunun qərb hərbi dairəsinə veriləcək.
2022-ci ilədək Rusiya ordusunun daha 9 ədəd belə sistemlə təmin ediləcəyi bildirilir.
Qeyd edək ki, S-300B4 raketləri 300 km uzaqlıqda olan hava hədəflərini vura bilir. Taktiki-texniki imkanlarına görə S-300B4 S-300В3-ü 1,5-2,5 dəfə üstələyir.
MənbəANS PRESS