İdman

Ruslan Qurbanov debüt etdi

Metbuat.az

Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.



ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası "Hayduk" da növbəti matçına çıxıb.



Futbolçumuzun klubu doğma meydanda "Vinoqradar"la qarşılaşıb. Matç Split klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda debüt edən Ruslan 46-cı dəqiqədən etibarən meydanda olub.



Qeyd edək ki, "Hayduk" bu rəqibinə səfərdə də 3:0 hesabıyla qalib gəlmişdi. Nəticədə, Split təmsilçisi Xorvatiya Kubokunun yarımfinalına vəsiqə əldə edib.

Mənbə
ANS PRESS