Dünya
Rusiyanın Ermənistandakı hərbi bazasına yeni ərazi verildi
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasına Lalayan küçəsində yeni məntəqə təqdim edilib.
Trend-in "Mediamaks" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul olunub.
Xatırladaq ki, Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov yanvarın 12-də Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailəni amansızcasına qətlə yetirmişdi.
Milli.Az
Milli.Az