Digər

Rusiyanın ən məşhur azərbaycanlısı: "Tufliləri atıb..."

Metbuat.az

İradə Zeynalov - Rusiyanın ən məşhur Azərbaycan əsilli aparıcılarından biridir. Rusiyanın əsas informasiya proqramı olan 1968-ci il yanvarın 1-də efirə çıxan "Vremya"nın bazar günləri buraxlışının əslən azərbayacanlı aparıcısı İradə Zeynalova artıq 3-cü ildir ki, "Voskresnoe Vremya" (Воскресное время) həftəlik verilişidə aparıcı qismində çalışır.



Əslən azərbaycanlı olan aparıcı yenidən reportyor olmaq arzusunu gizlətmir. Uzun illər "çöldə" işdən sonra taleh onun yolunu studiyaya saldı. İndi o ciddi kostyum və səliqəli saçları ilə efirdə görünür.


ANS PRESS-in məlumatına görə, Azərbaycanda da olan, Bakını - ata yurdunu çox sevən İ.Zeynalova "Komsomolskaya Pravda"ya müsahibə verib.



Aparıcı özünü kifayət qədər qəribə hiss etdiyinid eyib. Onun sözlərinə görə, bir zamanlar jurnalistlər ittifaqda idilər. "İndi isə biz siyasət haqqında mübahisələr edirik. Bir müddət öncə Debaltsvada mən bir yaxşı rusiyalı jurnalistlə tanış oldum. Amma sonra mən onun "Facebook"da yazdıqlarını görüb şoka düşdüm. Dombasda atışma zamanı ukraynalı jurnalist ölüb. O isə yazır: "Mən ona həmkar kimi yaxınlaşa bilmərəm. Ancaq düşmən kimi". Mənim üçün bu qəbuledilməzdir".



İ.Zeynalovanın adı Ukraynaya daxil olması qadağan edilənlər siyahısındadır. O, deyib ki, siyahıda girişinə qadağa qoyulan başqa həmkarlarının da adları var. Amma Rusiyaya daxil olması qadağan edilən ukraynalı jurnalistlərin siyahısının olmasını bilmirəm. "Məni iki dəfə deportasiya ediblər.Bu səfehcə addımdır. Əgər siz bizim öz gözlərimizlə gördüklərimizi danışmağımızı istəyirsinizsə qoyun işləyək. Yox əgər şayiələrlə kifayətlənməyimizin tərəfdarısınızsa onda düzgün yoldasınız".



"Əgər Ukrayanaya gedişiniz qadağan olmasaydı verilişiniz üçün kiminlə həmsöhbət olardınız?" sualına cavabında isə o belə cavab verib. "Mənim Yaroş, Lyaşko (ultramilliyətçi yönümlü ukryanalı ictimai xadimlər) "siz nə üçün bunu edirsiniz?" tipli suallarım var.


Kolomoyski (uraynalı oliqarx, Dnepropetrovsk vilayətinin qubernatoru) ilə görüşmək maraqlı olardı. Bu insan siyasətə daxil olub, hər şeyi idarə etmək istəyir ki, onun üçün heç bir məhdudiyyət yoxdur. Mənim üçün qara olan bu insan Ukraynada baş verənləri özünə necə izah edə bilir?"



Onun sözlərinə görə, son zamanlarda iki dəfə Dombasda olub. Mənim müharibə haqqında süjetim olub. Vacib deyil kim haqlıdır, kim haqsız. İndi və burada uşaqlar ağlayır.



Azərbaycan əsilli rusiyalı aparıcı yenidən reportyor olmaq arzusunun çox güclü olduğunu da deyir. "Bəzən çox pis olanda rəhbərliyin yanına qaçır və xahiş edirəm ki, məni bir günlük harasa göndərsinlər. Mən nəqliyyat tapır, zamanı sıxışdırı və adi jurnalistin bir necə günə ərsəyə gətirə biləcəyi materialı çəkirəm. Əgər mən yenidən müxbir ola bilsəydim, məmnuniyyətlə efir geyimləri, tufliləri, dəbli saç düzümləri, manikürüq atardım.



Qeyd edək ki, İradə Zeynalova 1997-ci ildən televiziya sahəsində çalışır. O, 2003-cü ildən Birinci kanalda işləyir və 2006-cı ildə burada mükafatlandırılıb. İradə Zeynalova 2007-ci ildən London bürosu üzrə müxbir olub. 2011-ci ildən isə kanalın yaxın şərq bürosuna rəhbərlik edir. "Voskresnoe Vremya"nın aparıcısıdır.





Mənbə
ANS PRESS