Ölkə

Rusiyada qətlə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda tutulub

Metbuat.az

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/

Rusiyada qətlə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda Gürcüstan vətəndaşı Şərəfxan Səmədov tutulub.

Qeyd edək ki, Ş.Səmədov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz olaraq odlu silah daşıma) maddələri ilə axtarış elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az