Digər

Rusiyada öldürülən azərbaycanlı sürücünün qatili qaynı imiş

Metbuat.az
Rusiya Federasiyasının Tver şəhərində öldürülən Azərbaycan vətəndaşının kimliyi və hadisənin təfərrüatı məlum olub

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Tver vilayəti üzrə nümayəndəsi

Sərdar Abdullayev APA

-ya açıqlamasında bildirib ki, öldürülən əslən Azərbaycanın Balakən rayonundan olan, 29 yaşlı

Əliyev Elgün Aşur oğlu

dur.



Onu qətlə yetirən isə qaynı, 40 yaşlı

Məmmədov Elçin Əsgər oğlu

dur. Hadisə ailə münaqişəsi zəminində olub. E.Məmmədov yeznəsini bacısını davamlı incitdiyi üçün öldürdüyünü bildirib. E.Məmmədov milis tərəfindən saxlanılıb.



Elgün Əliyevin meyiti bu gün Azərbaycana gətirilib və doğulduğu Balakən rayonunda dəfn olunacaq.



Qeyd edək ki, Tverdə marşrut avtobusunun sürücüsü işləyən Elgün Əliyev martın 27-də axşam saatlarında bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb.



Milli.Az