Digər
Rusiyada axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanılıb
[ 18 Mart 2015 13:07 ]
Bakı. Fuad Cəfərov - APA. Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz olaraq odlu silah daşıma) maddələri ilə axtarışda olan Gürcüstan vətəndaşı Şərəfxan Səmədov tutulub.