Dünya

Rusiya XİN: ABŞ hava-desant briqadasının hərbçiləri artıq Ukraynadadır

Metbuat.az

[ 05 Mart 2015 15:22 ]


Moskva. Fərid Əkbərov - APA. Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bəyan edib.

 
"Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər", - deyə A. Lukaşeviç bildirib. 

Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır.