Dünya

Rusiya təlimlərdə iştirak edən qoşunların sayını iki dəfə artırıb

Metbuat.az

[ 19 Mart 2015 21:27 ]


Bakı-APA. Rusiyada hərbi təlimlərə cəlb olunan şəxsi heyətin sayı 80 min nəfərə, aviasiya texnikasının sayı isə 220-ə çatdırılıb

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.  

Qeyd edək ki, martın 16-dan 21-dək Rusiyada silahlı qüvvələrin döyüş hazırlığının  planlaşdırılmamış  yoxlanılması həyata keçirilir. Məlumata görə, təlimlərdə  xüsusi diqqət Arktikada həyata keçirilən manevrlərə yönəldilib.