Dünya
ANS PRESS
Rusiya bu ərazi ilə "nikah"a girdi
MDB məkanında separatçıları dəstəklədiyinə görə Qərbin sanksiyalarına məruz qalan Rusiya ənənəvi siyasətini davam etdirməkdə israrlı olduğunu bir daha nümayiş etdirmiş oldu.
ANS PRESS-in məlumatına görə, Kreml qondarma Cənubi Osetiya Respublikası ilə müttəfiqlik və inteqrasiya haqqında saziş bağlayıb.
Sazişi Rusiya prezidenti Vladimir Putin və özünü Cənubi Osetiya rəhbəri elan edən Leonid Tibilov imzalayıblar.
Sənəd imzalandıqdan əvvəl Putin separatçıların lideri ilə görüşüb.
MənbəANS PRESS