Digər

Rusiya azərbaycanlı qadın narkotik alverçisi barəsində beynəlxalq axtarış elan edib

Metbuat.az

[ 25 Mart 2015 12:45 ]



Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası azərbaycanlı qadın narkotik alverçisi barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 43 yaşlı Rəmziyyə Sadıqzadə narkotik vasitələrin qanunsuz istehsalı, satışı və daşınmasında təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları tərəfindən R. Sadıqzadə barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.