Rusiya Avropadan izahat istədi
Rusiya Avropa Komissiyasının sədri
Jan-Klod Yunkerin Avropa İttifaqının vahid ordusunun yaradılması təklifi ilə bağlı bu qurumdan izahat verməsini xahiş edib.
APA
-nın verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini
Aleksey Meşkovbildirib ki, Moskva söhbətin nədən getdiyini bilmək istəyir: “Son 10 ildə avropalı siyasilər müxtəlif səviyyələrdə bu mövzuya toxunublar. Yunkerin bu dəfə nə demək istədiyini bizim üçün təxmin etmək çətindir”.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa İttifaqının vahid ordusunun yaradılması təklifi ilə "Welt am Sonntag" qəzetinə müsahibəsi zamanı çıxış edib. Yunker qeyd edib ki, ümumavropa ordusunun yaradılması ilə Avropa həm Avropa İttifaqına üzv olan, həm də qonşu dövlətlərdə sülhə yaranan təhdidlərin qarşısını ala bilər.
Milli.Az