Digər

Rus güləşçinin Bakı arzusu

Metbuat.az

Yunan Roma güləşi üzrə 71 kq çəki dərəcəsində Rusiya çempionu Yuriy Denisov Bakıya gəlmək istəyir. ANS PRESS-in məlumatına görə, "R-Sport"a açıqlama verən idmançı Bakıda iyun ayında keçiriləcək Avropa Oyunlarında iştirak etməkə və medal qazanmaq arzusunda olduğunu dilə gətirib.



"Avropa oyunlarına məqsədyönlü hazırlıq olacaq. Mənim bu yarışlara qatılmaq şansım böyükdür. Belə ki, mən öz çəkimdə yarışlara əsas namizədəm. Avropa oyunlarında çıxış etməyə və öz şansımdan istifadə etməyə cəhd edəcəm. Bu prestijli turnirdir. Çünki Avropa oyunlarına mini olimpiyada da demək olar. Əlbətdə ki, oyunların qalibi olmaq istəyirəm".



Xatırladaq ki, Bakıda keçirilməsi nəzərdə tutula Birinci Avropa oyunları iyun ayının 12-dən 28-dək davam edəcək.

Mənbə
ANS PRESS