Digər
Rus Dram Teatrı Naxçıvanda ilk tamaşasını göstərdi
Naxçıvan MR-də səfərdə olan Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk tamaşasını göstərdi.
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə yazıçı Elçinin “Qatil” əsəri əsasında hazırlanmış “Ulduz, məhəbbət və şampan şərabı” tamaşası kollektiv tərəfindən nümayiş etdirilib.
Qeyd edək ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kollektivinin Naxçıvana səfəri bu il Naxçıvan teatrının 125 illiyi münasibətilə keçirilən tədbirlərin davamıdır.