Ölkə
Rus bölməsi abituriyentlərinin nəzərinə!
Bakı, 29 mart,
AZƏRTACAli təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olunmaq istəyən abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənnindən test imtahanında iştirak məqsədilə aparılan qeydiyyat martın 31-də saat 23:59-da başa çatacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından
AZƏRTAC-a bildirilib ki, rus bölməsinin abituriyentləri göstərilən vaxtadək qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onlar qəbul prosesindən kənarda qalacaqlar.
Səhifənin qisa keçidi:
http://www.tqdk.gov.az/~hsPfe