Digər

Rumıniyalı doktorant BDU-da təcrübə keçir

Metbuat.az

[ 04 Mart 2015 14:39 ]



Rumıniyalı doktorant BDU-da təcrübə keçir

Bakı - APA. Rumıniyanın Siyasi və İnzibati Tədqiqatlar üzrə Milli Universitetinin doktorantı Sabina Strimbovchi Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təcrübə keçir.

BDU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3 aylıq təcrübə müddətində o, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının apardığı xarici siyasət, Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Rusiya münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına göstərdiyi mənfi münasibəti araşdıracaq.

Fakültənin dekanı, professor Zeynal Həsənalıyev doktorantı qəbul edib. Sabina Strimbovchin tədqiqat aparması üçün bütün şərait yaradılıb, o, ingilis dilində materiallarla təmin olunub.

Doktorantın rəhbəri Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəylidir.