Dünya
Rumıniyada maliyyə nazirinə qarşı cinayət işi açılıb
[ 14 Mart 2015 00:08 ]
Bakı-APA. Rumıniyanın maliyyə naziri Dariy Valkova qarşı cinayət işi açılıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş prokurorluğu bildirib.
Yerli KİV-lərin məlumatlarına əsasən, Rumıniyanın hazırkı maliyyə naziri keçmiş iş yerində vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir.