İdman
Rövnəq Abdullayev: Əsas olan qələbə qazanmaq idi
Bakı. 28 mart. REPORT.AZ/ "Əsas olan qələbə qazanmaq idi və biz buna nail olduq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti
Rövnəq Abdullayevbildirib.
"Azərbaycan futbolu tarixində ilk dəfə idi ki, yeni baş məşqçi ilk rəsmi oyununda qələbə qazanırdı. Malta zəif rəqib deyildi. Bu komanda digər rəqiblərdən xal qopara bilmişdi. Növbəti görüşlərdə milliyə uğurlar arzu edirəm".