Dünya

Roma Papası Fransisk pontifik kürsüsünü tərk edəcəyini bildirib

Metbuat.az

Bakı, 15 mart,

AZƏRTAC

Roma Papası Fransisk Meksika televiziyasına müsahibəsində pontifik vəzifəsində maksimum 4-5 il qala biləcəyini deyib.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, Roma Papası vəzifədən gedəcəyini desə də, bunun səbəblərini açıqlamayıb.


“Pontifiklik müddətimin qısa olacağı ilə bağlı daxilimdə bir hiss var. Bu müddət 2-3 il də ola bilər. Hiss edirəm ki, Tanrı məni bura qısa müddətə gətirib” - deyə Papa müsahibəsində bildirib.


Roma Papasının bunun səbəblərini açıqlamaması isə ona qarşı təzyiqlər edildiyi söz-söhbətini yaradıb.


Qeyd edək ki, Fransiskin Roma Papası seçilməsindən artıq 2 il ötür.