Digər
Milli.Az
Robert Uolter Müdafiə Nazirliyində olub
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi əlaqələr komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi
Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.
Milli.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant
Kərim Vəliyevmünaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda iki günlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran bir sıra sualları ətraflı cavablandırıb.
Milli.Az