Ölkə

“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Sentyabrın 8-dən 13-dək Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda Azərbaycan-Türkiyə-Ukrayna beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan

AZƏRTAC

-a bildiriblər ki, konfransın təşkilatçıları AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir.


İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələr aparılacaq.


Maraqlananlar məruzələrini mayın 31-dək göndərə bilərlər.


Konfransa qeydiyyat sentyabrın 8-9-da keçiriləcək.


Ətraflı məlumatı madea2015.imm.az saytından əldə etmək olar.