Rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmiş namizədlərin nəzərinə
Bakı, 15 mart,
AZƏRTACTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının 2015-ci il martın 15-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
TQDK-dan
AZƏRTAC-a bildirilib ki, namizədlər Apelyasiya Komissiyasına martın 16-dan 18-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.