Rezidenturaya hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı
Bakı, 11 mart,
AZƏRTACTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir.
Komissiyadan
AZƏRTAC-a bildirilib ki, qəbul imtahanı ərəfəsində namizədlərə bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.
İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.
Ətraflı məlumatı
http://eservices.tqdk.gov.az/sinaq/online_ex.aspxlinkinə daxil olmaqla əldə etmək mümkündür.
Səhifənin qısa keçidi:
http://www.tqdk.gov.az/~G9TQT