Dünya

Reykyaviktə Avropa Birliyi tərəfdarlarının aksiyası keçirilib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ İslandiya hökümətinin

Avropa Birliyi

nə üzvlük müraciətindən imtina etməsi bu ölkədə etirazla qarşılanıb.


"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün paytaxt Reykyaviktə toplaşan 7 minə yaxın insan İslandiya rəsmilərinin AB üzvlüyü ilə bağlı mövqeyini qınayıb.


Bununla belə rəy sorğuları göstərir ki, İslandiyalıların əksəriyyəti AB-yə üzvlük məsələsində hökümətin siyasətini dəstəkləyir.


Qeyd edək ki, İslandiyanın Avropa Birlityinə daxil olmaqdan 2015-ci ilin əvvəlində imtina edəcəyi əvvəlcədən bildirilmişdi.