İdman

“Reykyavik Open 2015” beynəlxalq şahmat turnirində yeddinci turun oyunları başa çatıb

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

 


İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open 2015” beynəlxalq şahmat turnirində 7-ci turun oyunları başa çatıb.


Azərbaycan Şahmat Federasiyasından AZƏRTA-a bildiriblər ki, turnirdə ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 7-ci turda ilk məğlubiyyətini yaşayıb. Niderland təmsilçisi Ervin Lamiyə məğlub olan həmyerlimiz 5,5 xalla 9-cu pillədə qərarlaşıb. Zeynəb Məmmədyarova isə bu turda norveçli Gunnar Streyə məğlub olub.


Şəhriyar Məmmədyarov səkkizinci turda kanadalı Erik Hansen, Zeynəb Məmmədyarova isə İspaniya təmsilçisi Enrike Aqular Kabello ilə qarşılaşacaqlar.