Digər

Respublika Seysmoloji Xidmət Mərkəzi: Şamaxıda hazırda vəziyyət sabitdir və aktivlik yoxdur

Metbuat.az

[ 31 Mart 2015 12:13 ]



Bakı. Könül Kamilqızı - APA. Ötən gün 4 bal gücündə zəlzələnin qeydə alındığı Şamaxıda vəziyyət hazırda sabitdir.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, bu günə ərazidə aktivlik yoxdur. Dünəndən bu günə kimə ərazidə 2-3 “afterşok”lar qeydə alınıb və onların maqnitudası 3-dən aşağı olub.

Qeyd edək ki, martın 30-da Şamaxıda 4 bal gücündə iki zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ  yerli vaxtla saat 14:54-də Pirquludan 13 km şimalda - Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 13 km olub.

İkinci zəlzələ isə yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 6 km olub.