Ölkə

Respublika ərazisində 25 yol-nəqliyyat hadisəsi baş verib

Metbuat.az

Bakı, 23 mart,

AZƏRTAC

Martın 20-dən 23-nə kimi respublika ərazisində 25 yol-nəqliyyat hadisəsi baş verib.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev

AZƏRTAC

-a bildirib ki, hadisələr nəticəsində 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.


Qəzaların 10-u paytaxtda qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 12 nəfər yaralanıb.