Respublika Diaqnostika Mərkəzində elmi-praktik seminar
Bakı, 6 mart,
AZƏRTACBakı şəhərindəki Respublika Diaqnostika Mərkəzində belaruslu mütəxəssislərin iştirakı ilə ginekologiyanın aktual problemləri ilə bağlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfransda çıxış edən Respublika Diaqnostika Mərkəzinin baş həkimi, professor Rauf Ağayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlardan, eləcə də tikilib istifadəyə verilmiş yeni tibb müəssisələrinin ən müasir cihaz və avadanlıqlarla təchizatı istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, Respublika Diaqnostika Mərkəzi Azərbaycanda ən son texnologiyalara əsaslanan avadanlıqlara malik müasir tibb ocaqlarından biridir. Klinikada mütəmadi olaraq əcnəbi mütəxəssislərlə birgə tibbin son nailiyyətlərinə əsaslanan müxtəlif müayinə və müalicə metodları, eləcə də unikal əməliyyatlar həyata keçirilir.
Belaruslu mütəxəssis Aleksandr Barsukov mərkəzdə əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitdən razılığını bildirib.
Sonra mövzu ətrafında məruzələr dinlənilib və həyata keçirilən müalicə metodları ilə bağlı fikir mübadiləsi aparılıb.