Ölkə

Rəis müavini 15 yaşlı oğlanı maşınla vurub öldürdü - BAKIDA

Metbuat.az

Daxili İşlər Nazirliyinin əməkdaşı dünən axşam saatlarında qəza törədib. Lent.az-ın qafqazinfo.az-a istinadən məlumatına görə,  hadisə martın 4-ü saat 22:30 radələrində Bül-Bülə qəsəbəsində baş verib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kurs rəisinin müavini polis kapitanı 1972-ci il təvəllüdlü Əliyar Ramazanov idarə etdiyi Mercedes markalı 90 UE 940 nömrəli avtomobillə Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Qabil Məmmədovu vurub.

15 yaşlı Q.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.