Ölkə
Region gənclərinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Bakı, 10 fevral,
AZƏRTACAzərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatının (AGAAT) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Region gənclərinin inkişafı naminə” layihəsi çərçivəsində Bakıda beşgünlük təlim proqramı keçirilib.
AGAAT-dan
AZƏRTAC-a bildiriblər ki, təlimdə Azərbaycanın müxtəlif regionlarından olan 30 iştirakçıya layihə təkliflərinin hazırlanması, QHT-lərin dövlət və özəl sektorla əməkdaşlığı, strateji planlama və layihələrin idarəolunması, fandreyzinq və könüllülük prinsiplərinin təbliği mövzularında məlumat verilib.