Region gəncləri arasında qan donorluğu inkişaf edir
Bakı, 14 mart,
AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Gəncə regional ofisi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC), Mərkəzi Qan Bankı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetində “Region gəncləri arasında qan donorluğunun inkişafına dəstək” mövzusunda seminar təşkil edilib.
GTM-dən
AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsində məqsəd qan donorluğunun inkişafında gənclərin rolunu artırmaq və bu sahədə maarifləndirmə işini gücləndirməkdir.
Yüzdən çox tələbənin iştirak etdiyi seminarda çıxış edənlər qan donorluğunun inkişaf etdirilməsi istiqamətində görülən işlər və həyata keçiriləcək fəaliyyət barədə gənclərə məlumat veriblər.
GTM Gəncədə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün aprelin 7-də gənclər arasında könüllü və təmənnasız qanvermə aksiyası keçirəcək.