Ölkə

Qusarda müəmmalı intihar

Metbuat.az

Qusar rayonunda intihar hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə martın 5-də Qusar şəhərində qeydə alınıb.



Qusar şəhərində evlərin birində meyit tapılıb. Araşdırmalar zamanı onun şəhər sakini, 1965-ci il təvəllüdlü Vahid Seyidov olduğu məlum olub.


Məlum olub ki, o, intihar edib



Vahid Seyidovun intihar etməsinin səbəbləri bilinmir.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə
ANS PRESS