Qubadlı rayonun 20 mindən çox sakini kütləvi tibbi müayinədən keçib
Sumqayıt, 11 mart, Ətrabə Rzayeva,
AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığı əsasında ölkəmizin hər yerində olduğu kimi, Qubadlı rayonunda da fevral ayının 2-dən etibarən əhalinin kütləvi tibbi müayinəsi keçirilir.
AZƏRTAC
xəbər verir ki, bununla bağlı müvafiq strukturların əməkdaşlarından ibarət komissiya yaradılıb, tədbirlər planı hazırlanıb. Tibbi müayinə Sumqayıtda yerləşən Qubadlı Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında və əhalinin sıx məskunlaşdığı ərazilərdə aparılır.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüslət Əhmədov işin təşkili barədə məlumat verərək bildirib ki, martın 11-nə kimi 20368 nəfər, o cümlədən 12382 nəfər Sumqayıt şəhərində, 5819 nəfəri Bakı şəhərində, qalan 2167 nəfər isə digər şəhər və kənd rayonlarında tibbi müayinədən keçib.
Tibbi müayinədən keçən məcburi köçkün Mahir Sarıyev xeyirxah aksiyanın təşkilinə görə qubadlılılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.