Ölkə

Qonşu ölkənin daha 3 sakini “donuz qripi”nin qurbanı oldu

Metbuat.az

Şimali Osetiyada daha 3 nəfər 

Rusiyanın Şimali Osetiya respublikasında 3 nəfər  “donuz qripi”ndən ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, qripdən vəfat edən 13 şəxsdən üçünün А/H1N1 virusunun qurbanı olduğu müəyyən edilib.

“Təəssüf ki, biz 13 nəfəri itirdik, onların hamısından virusoloji analizlər götürülüb və 13 nəfərdən üçündə  А/H1N1 ştamının virusu təsdiqlənib”, deyə  Şimali Osetiyanın səhiyyə naziri Vladimir Selivanov bildirib.

Bundan əvvəl Şimali Osetiyada bir  və Stavropolda da bir   “donuz qripi”ndən ölüm faktı qeydə alınmışdı. Bundan başqa, daha 7 А/H1N1  virusuna  yoluxma halı Krımda qeydə alınıb.