Digər

Qondarma erməni soyqırımı çağırışı

Metbuat.az

ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələri erməni iddiaları ilə bağlı qanun layihəsi təqdim edilib.



ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, qanun layihəsini konqresdə erməni lobbisinə güclü dəstək verən Respublikaçılar partiyasında İllinos ştatından seçilən Robert Dold, Kaliforniyadan olan David Paladao, Demokratların Nyu Cersi təmsilçisi Frank Pallone və Kaliforniyadan olan millət vəkili Adam Şiff tərəfindən təqdim edilib. Layihədə ABŞ prezidenti 1915-ci il hadisələrini "soyqırım" olaraq tanımağa çağrılıb.



Qeyd edilib ki, bu il qondarma soyqırımın 100 illiyi olduğu üçün bu məsələ xüsusi əhəmiyyət kəssb edir.



Şhiff layihəyə dəstək verən bəzi millət vəkilillərinin iştirakı ilə Konqresin həyətində mətbuat konfransı keçirib. Onun sözlərinə görə, hazırda bu layihəni cəmi 46 deputat dəstəkləyir. Qanun layihəsinin xarici əlaqələr komitəsində nə zaman müzakirəyə çıxarılacağının bəlli olmadığını deyib


Mənbə
ANS PRESS