Ölkə

“Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium başa çatıb

Metbuat.az

Bakı, 17 mart, Elvira Məmmədova,

AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında bu ali təhsil müəssisəsinin psixiatriya kafedrasının ABŞ-ın Harvard Universitetinin Boston Uşaq Xəstəxanası İnkişaf Xəstəlikləri Departamenti ilə birgə təşkil etdiyi “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium martın 17-də işini yekunlaşdırıb.


AZƏRTAC

xəbər verir ki, Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Qazaxıstan və Qırğızıstandan olan alim və mütəxəssislərin iştirak etdikləri simpoziumun ikinci günündə yerli və xarici tibb mütəxəssislərinin “Azərbaycanda uşaqların normal inkişafı üzrə perspektivlər”, “Sinir sisteminin inkişafı xəstəliklərinin diaqnostikasına yanaşma”, “Autizm spektri xəstəlikləri üzrə genetika və genomika”, “Genetika və genomika üzrə tədris vəsaitləri”, “Əqli pozğunluqlar üzrə ictimai qayğı” mövzularında məruzələr dinlənilib.


Tədbirdə inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodikaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.


Sonda iştirakçılara sertifikatlar təqdim olunub.