Qəbələdə Yeni Azərbaycan Partiyasına üzv olanlara vəsiqələr verilib
Qəbələ, 14 mart,
AZƏRTACUlu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Qəbələ rayonundakı idarə və təşkilatlarda silsilə tədbirlər keçirilir.
AZƏRTAC
xəbər verir ki, növbəti tədbir Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı və Qəbələ Konserv Zavodunun birgə təşkilatçılığı ilə reallaşıb.
Zavodun konfrans zalında keçirilən tədbirdə partiyanın 22 ildən artıq şərəfli bir yol keçdiyi, böyük uğurlar qazandığı diqqətə çatdırılıb, partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə gedən inkişafdan, Ulu Öndərin xidmətlərindən, onun dövlətçilik siyasətindən geniş söhbət açılıb. Bu gün onun siyasi xəttinin və ideyalarının dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub.
Çıxışlarda qeyd olunub ki, son bir ildə Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasına 345 nəfər yeni üzv qəbul olunub. YAP Qəbələ rayon təşkilatı hazırda 76 ərazi ilk təşkilatında 5 min 996 üzvü öz ətrafında birləşdirir. Onlardan 2312-si ali təhsilli, 2379-u qadın, 2259 nəfəri gənclərdir.
Tədbirdə Qəbələ Konserv Zavodunun 41 nəfər işçisinə YAP sıralarına yeni qəbul olunmalarına görə üzvlük vəsiqələri təqdim edilib.