Dünya

Qazaxıstan: Prezidentliyə namizədlərin qeydiyyatı yekunlaşıb

Metbuat.az

ASTANA, 27 mart,  

AZƏRTAC

 


Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədlərin qeydiyyatının yekunları barədə məlumat verib.


Martın 15-də prezidentliyə namizədlərin irəli sürülməsi, martın 25-də isə qeydə alınması başa çatıb. MSK-nın məlumatına görə, bu müddətdə 20 iclas keçirilib və 48 qərar qəbul edilib.


Xatırladaq ki, ölkə prezidentliyinə 27 namizəd irəli sürülmüşdü. Onların arasında iki qadın vardı. Namizədlərin orta yaş həddi 54,2 təşkil edib. Bir neçə şəxs könüllü olaraq namizədliyini geri götürüb, bəziləri isə dövlət dili imtahanından keçə bilməyib.


Sonda yalnız üç namizəd qeydə alınıb: "Nur Otan" partiyasından Nursultan Nazarbayev, Qazaxıstan Milli Кommunist Partiyasından Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Abelqazı Kusainov.


Artıq təbliğat və təşviqat kampaniyası başlayıb.


İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana