Ölkə
Qazaxıstan Prezidenti Bakıda nələri müzakirə edəcək?
Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Səba Ağayeva/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivləri müzakirə olunacaq. Bu barədə Trend-ə bu ölkənin Azərbaycandakı səfiri Amangeldi Jumabayev deyib.
Diplomat qeyd edib ki, səfər ilin sonadək baş tutacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az