Ölkə
Qazaxıstan Azərbaycana yeni səfir təyin edib
Bakı. 16 mart. REPORT.AZ/ Qazaxıstanın Azərbaycan, Qırğızıstan və Çexiyadakı səfirləri dəyişdirilib.
"Report" "Newskaz"a istinadən xəbər verir ki, bu barədə ölkənin
Xarici İşlər Nazirliyiməlumat yayıb.
Məlumata əsasən, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə İsabayev Beybit Oksikbayeviç Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Amangəldi Jumabayev bu vəzifədən azad edilib.