Ölkə

Qazaxda 39 min 913 nəfər tibbi müayinəyə cəlb olunub

Metbuat.az

Qazax, 30 mart,

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazaxda rayon sakinlərinin tibbi müayinəsi davam etdirilir.


Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov

AZƏRTAC

-a bildirib ki, bu günədək 39 min 913 nəfər rayon sakini müayinə olunub. Müayinə zamanı 3855 nəfərdə xəstəliklərin ilkin əlamətləri aşkarlanıb ki, onlardan da 3269 nəfər ambulator, 586 nəfər isə stasionar müalicəyə cəlb edilib.


Rayonda əhalinin tibbi müayinəsi davam etdirilir.