Ölkə

Qazaxda 20 min ədəd ağac əkiləcək

Metbuat.az

Qazax, 15 mart,

AZƏRTAC

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Qazax rayonunda ağac əkini aksiyasına başlanılıb.


Aksiya çərçivəsində mart-aprel aylarında Bakı-Sınıq körpü magistral avtomobil yolunun və rayonun yaşayış məntəqələrinin ərazisində 20 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.


AZƏRTAC

xəbər verir ki, bu münasibətlə martın 14-də keçirilən iməcilikdə 6 min ədəd Eldar şamı, Sərv və müxtəlif növ meyvə ağacları əkilib.


Aksiya aprelin sonunadək davam edəcək.