Digər

Qazax sakini paytaxtda külli miqdarda narkotik vasitə ilə yaxalandı

Metbuat.az
Qazax sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü, Qazax rayon sakini, əvvələr məhkum olunmuş

Ceyhun Xanbaba oğlu Vəliyev

in üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış, ümumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.



Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin “VAZ 2107” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq, ümumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb.



Faktla bağlı toplanmış materiallar BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib, araşdırmalar davam etdirilir.



Milli.Az