Digər

Qaxda sahibsiz it çobanlara hücum edərək 4 nəfəri yaraladı

Metbuat.az
Qaxda sahibsiz it çobanlara və mal-qaraya hücum edib
APA

-nın məlumatına görə, hadisə Qax rayonunda Sarıca qışlağında baş verib.



Sahibsiz it qoyunların saxlandığı təsərrüfata hücum edərək 4 çobanı - Qax rayon İlisu kənd sakinləri, 54 yaşlı

Zabit Musayev

i, 83 yaşlı

Əli Süleymanov

u, 47 yaşlı

Azər Məmmədov

u və 84 yaşlı

Əziz Musayev

i yaralayıb.



Bundan başqa, it qarşısına çıxan mal-qaraya və çoban itlərinə də hücum edərək xəsarət yetirib.



Xəsarət alan çobanlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.



Qax RMX-dan APA-ya bildirilib ki, itin dişlədiyi çobanların hamısı quduzluğa qarşı peyvənd olunub. Əsasən üz nahiyəsindən və əlindən xəsarətlər alan 84 yaşlı Əziz Musayev vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.



Qax Rayon Baytarlıq İdarəsindən APA-ya bildirilib ki, idarə tərəfindən həmin əraziyə baxış keçirilib, müvafiq tədbirlər görülüb, vəziyyət nəzarətə götürülüb. Yaralı heyvanlara və itlərə quduzluğa qarşı peyvəndlər vurulub.



Qeyd edək ki, çobanlara hücum çəkən it hələlik tapılmayıb.



Milli.Az