Ölkə

Qax rayonundakı “El Resort” oteli bayram günlərində istirahətçilərə maraqlı proqram təqdim edəcək

Metbuat.az

Qax, 20 mart, Mustafa Dadaşov,

AZƏRTAC

Yaz tətili günlərini Qax rayonundakı “El Resort” otelində keçirmək arzusunda olanları maraqlı və əyləncəli bayram proqramı gözləyir.


Otelin meneceri Şamil Əfəndiyev

AZƏRTAC

-a bildirib ki, Novruz bayramı ilə əlaqədar martın 21-də otelin həyətində istirahətçilərə maraqlı konsert proqramı təqdim olunacaq. Bayram tonqalı alovlandırıldıqdan sonra qonaqlar pəhləvanların, kəndirbazların çıxışlarını izləyəcək, Novruzun atributları olan Keçəl və Kosanın gülməli zarafatlarına tamaşa edəcəklər. Tətil günlərində turistlər üçün təbiət qoynuna, İlisu və Qum kəndlərinin, həmçinin Qax şəhərinin tarixi məkanlarına ekskursiyaların təşkili də nəzərdə tutulub. Martın 28-dək davam edəcək tətil günlərində istirahətçilər, həmçinin otelin qapalı hovuz, idman qurğuları, o cümlədən yeni istifadəyə verilən boulinq mərkəzindən geniş istifadə edəcəklər. İstirahətçilərə Azərbaycan və dünya mətbəxinə aid ləziz təamlar, həmçinin bu bölgəyə xas olan milli yeməklər təklif olunacaq.


Otelin menecerinin bildirdiyinə görə, bayramla əlaqədar otaqların qiyməti əvvəlki illərlə müqayisədə nisbətən aşağı endirilib və hazırda iki nəfərlik otağın qiyməti 128 manat təşkil edir. Bura gecələmək, səhər yeməyi, idman qurğularından istifadə və digər xidmətlər daxildir.