Dünya

Qasırğa irimiqyaslı dağıntılar törətdi

Metbuat.az

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında güclü qasırğa dağıntılar törədib.



ANS PRESS-in məlumatına görə, sürəti saatda 90 kilometrə çatan küləklər onlarla evin və idarənin damını uçurub. Bəzi evlər tamamilə uçub. Dağıntılar nəticəsində bir nəfər ölüb, 7 nəfər xəsarət alıb.



Qasırğa ştatın 25 əyalətində ciddi fəsadlara səbəb olub. Bir neçə əyalətin elektrik şəbəkələri sıradan çıxıb. Yüzlərlə insan işıqsız qalıb. Ştatın meri Meri Folin dağıntıların baş verdiyi bölgələrdə fövqəladə vəziyyət elan edib.



Sonuncu dəfə 2013-cü ildə Oklahomada baş vermiş qasırğa nəticəsində 24 nəfər ölmüşdü.


Mənbə
Associated Press