Ölkə

​Qarsda Heydər Əliyev adına Peşə Liseyinin açılışı olub

Metbuat.az

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin Qars şəhərində

Heydər Əliyev

adına Peşə Liseyinin açılışı olub.


"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti

İlham Əliyev

, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak edib.


Tədbir zamanı Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə həmkarlarını təbrik edib: "Azərbaycan başda olmaqla bu ilin, 5 min illik ortaq bayramımızın xeyirli-uğurlu olmasını istəyir, dünyada barışın və hüzurun olmasını diləyirəm".


O vurğulayıb ki, Azərbaycanın qurtuluşunu gerçəkləşdirən Qafqaz İslam Ordusunun yarısı Türkiyənin, yarısı Azərbaycanın övladlarıdır: "Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın ağrı-acısını Anadoludakı vətəndaşlarımız ürəklərində hiss edir".