Digər

Qarabağla bağlı dönüş olacaq

Metbuat.az

ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bu gün Vyanaya gəlib.



ANS PRESS-in məlumatına görə, o, bu barədə Twitter səhifəsində yazıb.



O, Ermənistan və Azərbaycan Silahlı qüvvələrinin təmas xəttində baş verən son hadisələr, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilənmiş vasitəçilik səyləri haqqında Minsk qrupu rəhbərliyinə məlumat verəcək.



C.Uorlik bildirib: "Mən bu gün zorakılıq və vasitəçilik üzrə yenilənmiş səylər haqqında ATƏT-in Minsk qrupuna məlumat vermək üçün Vyanadayam. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını prioritet etməliyik."

Mənbə
ANS PRESS