Digər
Milli.Az
Qarabağ müharibəsi əlili yol qəzasında həyatını itirib
Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağdam rayon sakini, Qarabağ müharibəsi əlili, 1971-ci il təvəllüdlü
Aqil Əhəd oğlu Quliyev"OKA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Aqil Quliyev zərbənin təsirindən aldığı ağır bədən xasərətlərindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az