İdman

"Qarabağ"ın qapıçısı yenidən millidə

Metbuat.az

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına dəvət alıb. ANS PRESS-in məlumatına görə, 26 yaşlı qolkiper AVRO-2016-nın seçmə mərhələsində qarşılaşacaqları Andorra ilə oyuna çağırılıb.



"Təbii ki, milliyə dəvət almaq xoş bir duyğudu. Hər bir futbolçu ölkəsinin yığma komandasında çıxış etmək istəyər. Yenidən milli komandadakı dostlarımla eyni abu-havanı paylaşacağım üçün çox xoşbəxtəm",- deyə yenidən Bosniya və Hersoqovina yığmasına çağırılan İbrahim Şehiç bildirib.



Bosniya və Hersoqovina yığması martın 28-də səfərdə Andorranın qonağı olacaq.



Qeyd edək ki, Şehiç daha öncə yığmanın heyətində 3 oyun keçirib.


Mənbə
ANS PRESS